Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun alimi Beynəlxalq Tətbiqi Sosial Elmlər Konqresində çıxış edib

  • Oxunub 332 dəfə

 Oktyabrın 7-də  AMEA İqtisadiyyat İnstitutunun Həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsinin müdiri, i.f.d., dos. Rəsmiyyə Abdullayeva Türkiyə Aydın Adnan Menderes Universitetinin Malta Universiteti ilə birlikdə keçirdiyi II Beynəlxalq Tətbiqi Sosial Elmlər Konqresində dəvətli qonaq olaraq iştirak etmişdir.

R.S.Abdullayeva beynəlxalq konqresdə “Rəqəmsallaşmanın sosial faydaları” mövzusunda məruzə ilə çıxış etmişdir.

Hər il keçirilən konqresdə bu il 5 qitənin, 30 ölkənin (Türkiyə, ABŞ, Hindistan, Pakistan, İran, Xorvatiya, Rumıniya, Azərbaycan, Gürcüstan və s.) elm adamları təmsil olunmuşdur. Konqres oktyabrın 8-9-u tarixlərində müxtəlif seksiyalarda işini davam etdirəcək (economics.com.az).