Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib

  • Oxunub 442 dəfə

 Oktyabrın 28-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə “Zoom” proqramı ilə növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan onlayn tədbirdə bir sıra məsələlər müzakirə olunmuşdur.

 İclasda İqtisadiyyat İnstitutunun əməkdaşlarının tutduqları vəzifələr üzrə tarif dərəcələrinin artırılması qaydaları müzakirə olunub və bu sahədəki proseslərin mövcud qayadalar üzrə həyata keçirilməsi kadrlar şöbəsinə tapşırılıb. Bunun üçün əvvəllər olduğu kimi şöbə müdirinin təqdimatına ehtiyac olmayacaq.

 İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d., dosent Allahyar Muradov 2021-ci ildə plan elmi tədqiqat işlərinin gedişatı, illik hesabatların verilməsi, elmi şöbələrin hesabatlarının dinlənilməsi bağlı geniş məlumat verib. Bildirib ki, hökumət qurumları institutda aparılan tədqiqatlarla yaxından maraqlanır, bu sahədə onlarla sıx əməkdaşlıq əlaqələri qurulub. İnstitutda son illər aparılan tədqiqatlar yüksək qiymətləndirilir. Aparılmış tədqiqatlar əsasında bu il artıq bir neçə kitab çap olunub, daha 10-dan artıq tədqiqatın isə ilin sonunacan kitab formatında nəşr edilməsi nəzərdə tutulur.

 Təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva bu il AMEA İqtisadiyyat İnstitutunun magistraturasına qəbul olan 3 magistr, onalrın magistr işlərinin mövzuları, elmi rəhbərləri və fərdi iş planları barədə məlumat verib. Magistrların fərdi iş planları təsdiq olunub.

 Elmi Şuranın qərarı ilə İnstitutun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Famil Rüstəmovun “Azərbaycan Respublikasında aqrar sahənin strateji planlaşdırılması” adlı monoqrafiyası çapa tövsiyə edilib.

Toplantıda dissertasiyaların müzakirəsinin təşkili ilə bağlı mövcud vəziyyət, rəyçilərə, rəsmi opponentlərə ödənişlərin verilməsi ilə bağlı məsələlər də müzakirə olunmuşdur  (economics.com.az).