Ordumuzun xalqımıza bəxş etdiyi möhtəşəm qələbə
- Oxunub 390 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dosent Rəmiyyə Abdullayeva və həmin şöbənin aparıcı elmi işçisi, i.f.d., dos. Pərviz Həsənov Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Zəfər Gününə həsr olunmuş tədbirində iştirak ediblər. Tədbirdə I və II Qarabağ müharibəsinin iştirakçıları, qazilər, elmi ictimayyətin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri qatılıblar.
Birliyin sədri Mehdi Mehdiyev tədbiri açıq elan etdikdən sonra Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan himninin səslənməsindən sonra çıxış çıxış edənlər Qarabağ zəfərindən, Ali Baş Komandanın, Milli Ordumuzun xalqımıza bəxş etdiyi möhtəşəm qələbədən söhbət açıblar.
Zəfər bayramı münasibəti ilə iştirakçıları təbrik edən Rəsmiyyə Abdullayeva bildirib ki, “Vətən müharibəsində qazandığımız bu zəfər bizə milli qürurumuzu qaytardı. Bu zəfər üçün şəhidlərimizə, qazilərimə, bütün veteranlarımıza minnətdarıq. Bu qələbəni bizə yaşadan oğulları böyüdən Anaların əllərindən öpürük. Şəhidlərimizin ruhları qarşısında baş əyirik!” (economics.com.az).