Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Sosial sahibkarlığın inkişafı problemləri müzakirə edilib

  • Oxunub 395 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dos. Rəmiyyə  Abdullayeva və həmin şöbənin aparıcı elmi işçisi, i.f.d., dos. Pərviz Həsənov noyabrın 4-də Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzinin rəsmiləri ilə görüşüblər.

 Görüşdə Azərbaycanda sosial sahibkarlığın inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd olnub ki, ölkəmizdə bu sahədə görülən işlər qanedici səviyyədə deyil. Son illərdə dünyanın iqtisadi cəhətdən aparıcı ölkələrində sosial sahibkarlığın sürətlə tərəqqisini qeyd edən R.Abdullayeva ölkəmizdə də bu sahənin inkişafının ölkə iqtisadiyyatına verəcəyi töhfələrdən söhbət açıb. Görüşdə İqtisadiyyat İnstitutu ilə Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib (economics.com.az).