Əmək bazarı işçi qrupunun onlayn iclası keçirilib
- Oxunub 370 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dos. Rəsmiyyə Abdullayeva Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası Əmək bazarı işçi qrupunun 19 noyabr 2021-ci il tarixli onlayn iclasında iştirak etmişdir.
İclası işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov açaraq gündəlik barədə məlumat vermişdir. Toplantıda Əmək bazarı işçi qrupunun 2021-ci il üçün fəaliyyət planının 4-cü rüb üzrə hesabatı, 2022-ci il üzrə fəaliyyət planı üzrə təqdim olunan təkliflər, “Women, Business and the Law” hesabatı barədə cavablandırılmış sorğuya Dünya Bankından cavab məktubunda qeyd edilmiş məsələlər müzakirə edilmişdir.