Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanın Almaniya ilə xarici iqtisadi əlaqələri” mövzusunda dissertasiya işi müdafiə edildi

  • Oxunub 325 dəfə

 Dekabrın 8-də AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.

 Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrlik etdiyi iclasda Günay Tanrıverdi qızı Paşanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5310.01 - Dünya iqtisadiyyatı) “Azərbaycanın Almaniya ilə xarici iqtisadi əlaqələri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər i.e.d., prof. Fuad Qənbərov).

 Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunun ”Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsində yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra Günay Paşa dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., prof. İrşad Kərimli, i.f.d., dos. Şahin Bayramov və i.f.d. Cabir Mirzainin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

Sonda G.Paşanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).

Avtoreferat

Dissertasiya