Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat Nazirliyi AMEA İqtisadiyyat İnstitutunun şöbə müdirinin təklif və tövsiyələrini müsbət qiymətləndirib

  • Oxunub 312 dəfə

 "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası”nın yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş nazirinə müraciət (təhriri məruzə) ünvanlayıb. Nazirlər Kabineti tərəfindən həmin müraciət baxılması üçün İqtisadiyyat Nazirliyinə göndərilmişdir. İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova prof. T.Hüseynovla görüşmüş və onun imzası ilə cavab məktubu təqdim edilmişdir. Habelə İqtisadiyyat Nazirliyinə “Tarazlı regional inkişaf iqtisadi siyasətin hədəfi kimi” və “İqtisadi idarəetmə və dövlət” adlı təhriri məruzələr təqdim olunmuşdur. Həmin məruzələr nazirlik tərəfindən müsbət qiymətləndirilmiş, təklif və tövsiyələrin “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasında nəzərə alınacağı bildirilmişdir.

 İqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanın adından daxil olan məktubda qeyd olunur ki, “2020-ci ilədək dövrü əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva etmiş, onun həyata keçirilməsi nəticəsində iqtisadiyyatın davamlı inkişafına nail olunmuş və bu konsepsiyanın başlıca məqsədi olan hər bir ölkə vətəndaşının rifah səviyyəsinin yüksəldilməsi istiqamətində müsbət nəticələr əldə edilmişdir.

 Konsepsiyanın icrada olduğu 2012-2020-ci illəri əhatə edən dövr ərzində ölkədə bir sıra strateji sənədlər, dövlət proqramları və konsepsiyalar qəbul edilmiş və bu sənədlə müəyyən edilmiş tapşırıqların icrası həyata keçirilmişdir. Nəticədə qeyri-neft sektorunun dinamik inkişafı təmin olunmuş və 2020-ci ildə 2012-ci ilə nisbətən qeyri neft-qaz sənayesi 1,8 dəfə, kənd təsərrüfatı 1,3 dəfə, informasiya və rabitə sektoru 2,0 dəfə artmışdır. Bu müddət ərzində əhalinin nominal gəlirləri 1,6 dəfə, orta aylıq nominal əməkhaqqı 1,8 dəfə artmış, strateji valyuta ehtiyatlarının müsbət artım tempi qorunub saxlanmışdır... 2019-cu il ərzində həyata keçirilən sosial islahatlardan 4 milyondan çox vətəndaş yararlanmışdır.

 Qeyd edək ki, iqtisadi və geosiyasi amillərin təsiri nəticəsində 2014-cü ildən başlayaraq dünya neft bazarlarında qiymətlərin kəskin aşağı düşməsi səbəbindən həmin dövrdə qlobal iqtisadiyyatda baş vermiş geriləmələr və tərəfdaş ölkələrdə qeydə alınmış iqtisadi qeyri-müəyyənliklər dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan iqtisadiyyatına da öz mənfi təsirlərini göstərmişdir. Həyata keçirilmiş makroiqtisadi siyasət tədbirləri və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində qəbul edilmiş qərarlar nəticəsində 2017-ci ildə ölkədə makroiqtisadi sabitlik, o cümlədən qeyri-neft sektorunda iqtisadi artım bərpa olunmuş və növbəti iki ildə də müsbət tendensiya davam etmişdir. İqtisadi, sosial və institusional sferada ölkədə həyata keçirilən islahatların nəticələri bir sıra reytinq göstəricilərində Azərbaycanın mövqeyini yaxşılaşdırmışdır.

 Pandemiya və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmalar, habelə əhalinin sağlamlığının qorunması məqsədilə ölkəmizdə də tətbiq edilən məhdudlaşdırıcı tədbirlər 2020-ci ilin ikinci rübündən başlayaraq, iqtisadi aktivliyin aşağı düşməsinə, o cümlədən ticarət, turizm və tikintinin inkişafına öz mənfi təsirini göstərmişdir. Pandemiyanın ölkə iqtisadiyyatına təsiri səbəblərindən 2020-ci ildə 2019-cu il ilə müqayisədə ÜDM real ifadədə 4,3%, adambaşına düşən ÜDM isə 5,0% azalmışdır. Buna baxmayaraq, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində qeyri-neft sənayesi üzrə yaradılmış əlavə dəyərin 12,2%, kənd təsərrüfatının isə 1,9% artımına nail olunmuşdur.

 Eyni zamanda bildiririk ki, İqtisadiyyat Nazirliyi tərəfindən hər il ölkənin növbəti il və sonrakı üç ili üçün sosial iqtisadi göstəricilərinin proqnozları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, Nazirlər Kabinetinin 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanır. Pilot olaraq müəyyən edilmiş 3 sektor üzrə (kənd təsərrüfatı, təhsil və ekologiya) hazırlanan strateji planlarda mövcud təbii-iqtisadi resurslarından səmərəli şəkildə istifadə etməklə yerli istehsal hesabına sənaye sektorunun xammala və əhalinin yeyinti məhsullarına olan ehtiyacının təmin edilməsi, dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması, əmək bazarının tələblərinə cavab verən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrların hazırlanması, o cümlədən ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanıqlı inkişafın təmin edilməsi, aztullantılı texnologiyaların və innovativ metodların tətbiqi ilə təbii mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunması məsələləri nəzərdə tutulmuşdur.

 Ötən dövr ərzində qazanılmış müsbət uğurların qorunması, boşluqların aradan qaldırılması, həmçinin makroiqtisadi sabitliyin saxlanılması, qısa, orta və uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının müxtəlif iqtisadi şoklardan qorunması üçün preventiv tədbirlərin görülməsi davam etdirilmişdir.

 Bu məqsədlə, dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılması, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli “hərəkətverici qüvvələri”nin möhkəmləndirilməsi, insan kapitalının müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi və iqtisadi suverenliyin təmin olunması qlobal və regional perspektivlər, müasir çağırışlar və yeni təşəbbüslər əsasında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Sərəncamın icrası çərçivəsində “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına başlanmışdır.

 Strategiyanın hazırlanması prosesinə dövlət orqanları, elmi təşkilatlar, vətəndaş cəmiyyəti təsisatları, habelə aparıcı beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərin cəlb olunması nəzərdə tutulmuşdur. Bununla əlaqədar, müraciətinizdə qeyd olunan tövsiyələr sözügedən strategiyanın hazırlanması zamanı nəzərə alınacaqdır”.