İqtisadiyyat İnstitutunda ixtisas fənləri üzrə doktorluq imtahanları keçirilib
- Oxunub 458 dəfə
Dekabrın 16-da AMEA İqtisadiyyat İnstitutunda doktorant və dissertantların ixtisas fənləri üzrə doktorluq imtahanları keçirilib. İmtahanların gedişini AMEA Rəyasət Heyəti Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri, b.ü.f.d., dosent Tubuxanım Qasımzadə izləyib.
İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin sədrlik etdiyi birinci imtahan komissiyası üzrə şəffaflıq şəraitində, yazılı formada keçirilən imtahanda iki ixtisas (ümumi iqtisadiyyat və demoqrafiya) üzrə 2 nəfər iştirak edib.
İqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyevin sədrlik etdiyi ikinci imtahan komissiyası üzrə isə şəffaflıq şəraitində, yazılı formada baş tutan imtahanda “Sahə iqtisadiyyatı” ixtisası üzrə 1 nəfər iştirak edib.
AMEA İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, dos. Gülsurə Mehdiyevanın da iştirak etdiyi imtahanların nəticələri komissiyanın qiymətləndirməsi əsasında elan edilib. İmtahan verən hər 3 dissertant yükək qiymət alıb (economics.com.az).