Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun alimləri Mingəçevir Dövlət Universitetində keçirilən konfransda çıxış ediblər

  • Oxunub 628 dəfə

 Dekabrın 10-da Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat Nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 Onlayn formatda keçirilən tədbirdə elmi məruzələr dinlənilib. Plenar iclasda AMEA İqtisadiyyat İnstitutundan AMEA-nın müxbir üzvi, professor Akif Musayev “İşğaldan azad olunmuş ərazilərin bərpası: mövcud vəziyyət və effektiv məskunlaşdırma”, "İqtisad elmləri və idarəetmə” bölməsinin iclasında İnstitutun aparıcı elmi işçiləri - i.f.d., dos. Kamran Abdullayev “Yeni regional tranzit xəttin yaranmasında Zəngəzur dəhlizinin rolunun qiymətləndirilməsi” və i.f.d., dos. Tariyel Qurbanov “Milli iqtisadiyyatın davamlı inkişafının tsiklik xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzələr ətrafında geniş müzakirələr aparılıb, suallar ətraflı cavablandırılıb.

 Qeyd edək ki, MDU tarixində ilk dəfə olaraq keçirilən beynəlxalq elmi konfransa həm yerli, həm də xarici ali təhsil və elm ictimaiyyəti tərəfindən böyük maraq göstərilib, 37 yerli ali təhsil və elmi-tədqiqat müəssisəsindən, eləcə də 14 xarici ölkənin 35 universitetindən 462 tezis və məqalə daxil olub (economics.com.az).