AMEA İqtisadiyyat İnstitutunun magistraturasında qış imtahan sessiyası başlayıb
- Oxunub 501 dəfə
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 21 dekabr 2021-ci il tarixli “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən AMEA İqtisadiyyat İnstitutunun magistraturasında qış imtahan sessiyası keçirilir.
Yanvarın 6-da İnstitutun 3 magistrantı “İqtisadi sistemlərin riyazi modelləşdirilməsi” fənnindən yazılı imtahan veriblər. Müəyyən olunmuş qrafikə əsasən yanvarın 28-dək davam edəcək sessiya dövründə magistrantlar iqtisadiyyat üzrə daha 4 fənndən imtahan verəcəklər.
AMEA-nın magistrantlarının xarici dil (ingilis dili) fənni üzrə imtahanın altı qrup üzrə 11 yanvar 2022-ci il tarixində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 2021-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunun magistraturasına, makroiqtisadi siyasət ixtisasına 3 nəfər qəbul olub. Onlardan ikisi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, biri isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır (economics.com.az).