Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun alimləri BMT İnkişaf Proqramının vebinarında iştirak ediblər

  • Oxunub 527 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dosent Rəsmiyyə Abdullayeva və həmin şöbənin aparıcı elmi işçisi, i.f.d., dos. Pərviz Həsənov fevralın 11-də BMT İnkişaf Proqramının keçirdiyi “Sosial sahibkarlıq siyasətləri – qlobal mənzərə" mövzusunda vebinarda iştirak ediblər.

 Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri Viktor Boykov, BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bista açılış nitqi söyləyiblər. Vebinarda, həmçinin Lana Lovaşiç “Sosial sahibkarlıq siyasətləri”, Sara Rəcəbli “Azərbaycanda sosial sahibkarlıq təcrübəsi – yerli sosial sahibkarın uğur və sınaq hekayəsi” mövzusunda təqdimatla çıxış ediblər. Böyuk Britaniyadan olan sosial sahibkar Den Qreqori, Beynəlxalq Əmək Təşkilatının keçmiş baş texniki məsləhətçisi Kerrin Krihe sosial sahibkarlıqla bağlı təcrübələrini paylaşıblar. Sonra çıxışlar ətrafında müzakirələr davam etdirilib. Habelə sosial sahibkarlıq mövzusunda kiçik sorğu keçirilib (economics.com.az).