Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib

  • Oxunub 312 dəfə

 Fevralın 25-də AMEA İqtisadiyyat İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə institutun əməkdaşları iştirak ediblər.

 Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 Tədbiri giriş sözü ilə İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., prof. Nazim Müzəffərli açıb. Sonra İnstitutun aparıcı elmi işçisi, Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa Xocalı soyqırımı ilə bağlı məruzə ilə çıxış edib. Xocalı soyqırımının tariximizdə ən dəhşətli faciə olduğunu, dinc və silahsız insanların məqsədli şəkildə xüsusi amansızlıqla qətlə yetirildiyini bildirib. Qeyd olunub ki, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

 Digər çıxış edənlər də tarixən ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən, zaman-zaman torpaqlarımızı işğal etmələrindən danışaraq Xocalı faciəsini bəşəriyyətin ən dəhşətli soyqırımlarından biri kimi qiymətləndiriblər. Qeyd olunub ki, xalqımız baş verənləri heç vaxt unutmamalı, ondan nəticə çıxarmalıdır. Xocalı qurbanlarının, bütün şəhidlərimizin qisası alınıb, işğal altındakı torpaqlarımız azad olunub. Biz buna Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində nail olduq. Hazırda Qarabağda bərpa və yenidənqurma işləri gedir, tezliklə məskunlaşma da başlayacaq. İqtisadiyyat İnstitutunun alimləri də bu işlərə tədqiqatçı, ekspert qismində öz töhfəsini verməyə çalışır (economics.com.az).