Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Turizm miqrasiya mobilliyinin növü kimi” mövzusunda müzakirələr aparılıb

  • Oxunub 357 dəfə

 Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın tabeliyində fəaliyyət göstərən Turizm məsələləri üzrə işçi qrupunun üzvlərinin iştirakı ilə “Turizm miqrasiya mobilliyinin növü kimi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə turizm sektorunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və şirkətlərin, həmçinin təhsil müəssisələri və elmi mərkəzlərin nümayəndələri iştirak ediblər. 

 Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Azər Allahverənov görüşün məqsədi barədə məlumat verib. Toplantıda turizmlə bağlı qanunvericilik sahəsində yeniliklər və mövcud vəziyyət, turizmin inkişaf etdirilməsinin aktual məsələləri, bölgələrdə dayanıqlı turizm və daxili miqrasiya potensiallarının artırılması, bu sahədə perspektivlər müzakirə edilib, çıxışlar dinlənilib. Müzakirələrdə AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dos. Gülnar Səmədova da iştirak edib, mövzu ilə bağlı çıxış edərək öz mülahizələrini bildirmişdir (economics.com.az).