Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun baş direktoru “Doha Forumu 2022”də iştirak edib

  • Oxunub 716 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) martın 26-27-də Qətərdə keçirilən “Doha Forumu 2022”də iştirak etmək üçün bu ölkədə səfərdədir.

  Forumda dünyanın 60-dan artıq ölkəsini təmsil edən yüksək rütbəli dövlət məmurları, biznes nümayəndələri, elm adamları iştirak edirlər. Tədbirə Azərbaycandan da nümayəndələr, o cümlədən Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Fariz Rzayev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev də qatılıblar.

 Forumu giriş nitqi ilə Qətər Dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Al Tani açıb.

 Tədbirə onlayn formatda qoşulan Ukraynanın prezidenti Volodimir Zelenski çıxış edib,  ölkəsində davam edən müharibə ilə bağlı  dünya ictimaiyyətinə müraciət edib.  

 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da forumda çıxış edərək Rusiya-Ukrayna böhranından və onun həlli imkanlarından danışıb.

 Qeyd edək ki, yarandığı gündən 22 il ötən, sayca 20-ci dəfə baş tutan Doha Forumunda bu dəfə “Yeni era üçün transformasiya” mövzusunda müzakirələr aparılır. Müzakirələr 4 əsas sahəni əhatə edir: geosiyasi alyanslar və beynəlxalq münasibətlər; maliyyə sistemi və iqtisadi inkişaf; müdafiə, kiber və qida təhlükəsizliyi; iqlim dəyişikliyi və davamlılıq. 

 Doha Forumunda yüksək səviyyəli media tərəfdaşları və jurnalistlər də daxil olmaqla 200-dən çox beynəlxalq media iştirak edir.