Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun futbol komandası rəqibini 11:1 hesabı ilə məğlub etdi

  • Oxunub 333 dəfə

 AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyinə həsr edilən Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının növbəti oyunları keçirilib.  

 Çempionatda fəal iştirak edən AMEA İqtisadiyyat İnstitutunun futbol komandası ikinci oyunda AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun komandası ilə qarşılaşıb. Maraqlı oyun baş tutub, İqtisadiyyat İnstitutunun komandası rəqibinə böyük hesabla 11:1 qalib gəlib. İlk oyunda AMEA Genetik Ehtiyatlar İnstitutunun komandasın; 9:5 hesabı ilə məğlub edən komandamız növbəti oyununa hazırlaşır.

 Turnirdə AMEA-nın 20 elmi müəssisə və təşkilatından 19 komanda iştirak edir. 25 aprel - 25 may tarixlərində keçirilməsi planlaşdırılan oyunlar AFFA-nın peşəkar hakimi tərəfindən idarə olunur.

 Xatırladaq ki, 2019-cu ildə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “AMEA-nın gənc alim və mütəxəssislərinin VI futbol çempionatı”nda AMEA-nın İqtisadiyyat İnstitutunun komandası çempionatın qalibi olub və qızıl medallara layiq görülüb.

 AMEA İqtisadiyyat İnstitutunun futbol komandasına bu çempionatda da qalib olmasını arzu edirik! (economics.com.az)