Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşı “Monetar siyasət” üzrə beynəlxalq təlimdə iştirak etmişdir

  • Oxunub 510 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədov 25 aprel - 6 may 2022-ci il tarixində Avstriyanın Birləşmiş Vyana İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Valyuta Fondunun Professional və Təşkilati İnkişaf İnstitutunun təqdim etdiyi “Monetar siyasət” mövzu­sun­da beynəlxalq virtual təlim kursunda iştirak etmişdir.

 İki həftəlik kursda monetar siyasət rejimləri, monetar transmissiya mexanizmləri və makroiqtisadi sabitləşmədə monetar siyasətin rolu geniş müzakirə olunmuşdur. İştirakçılara müxtəlif rejimlərdə qiymət sabitliyini təmin etmək və digər məqsədlərə nail olmaq üçün monetar siyasət qərarlarının qəbul edilməsi, bu qərarların real iqtisadiyyata ötürülməsi, müxtəlif monetar siyasət çərçivələrində iqtisadiyyatın və monetar siyasətin makroiqtisadi şoklara reaksiyasının qiymətləndirilməsi haqqında əhəmiyyətli məlumatlar verilmişdir. Kurs maraqlı və faydalı müzakirələr şəraitində keçmişdir (economics.com.az).