Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda ixtisas üzrə növbəti doktorluq imtahanı keçirilib

  • Oxunub 428 dəfə

 Mayın 27-də AMEA İqtisadiyyat İnstitutunda doktorant və dissertantların ixtisas fənləri üzrə doktorluq imtahanları keçirilib. İmtahanların gedişini AMEA Rəyasət Heyəti Təhsil şöbəsinin baş mütəxəssisi Gülcahan Abdullayeva izləyib.

 İqtisad elmləri doktoru, professor Hacıağa Rüstəmbəyovun sədrlik etdiyi imtahan komissiyası (professorlar Fuad Qənbərov, Dünyamalı Vəliyev, i.f.d., dos. Gülnar Səmədova və i.f.d. Təbriz Yadigarov) tərəfindən şəffaflıq şəraitində, yazılı formada baş tutan imtahanda “Dünya iqtisadiyyatı” ixtisası üzrə 1 nəfər iştirak edib.

 AMEA İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri Mirvari Qəzənfərlinin də iştirak etdiyi imtahanların nəticələri komissiyanın qiymətləndirməsi əsasında elan edilib.

Digər ixtisaslar üzrə növbəti imtahan mayın 31-də keçiriləcək (economics.com.az).