İqtisadiyyat İnstitutunun magistraturasında yay imtahan sessiyası keçirilir
- Oxunub 313 dəfə
AMEA İqtisadiyyat İnstitutunun magistraturasında yay imtahan sessiyası keçirilir. İyunun 20-də İnstitutun 3 magistrantı “Ekoloji təhlükəsizlik” fənnindən yazılı imtahan veriblər. Müəyyən olunmuş qrafikə əsasən iyunun 30-dək davam edəcək sessiya dövründə magistrantlar digər fənnlərdən də imtahan verəcəklər.
İmtahanın gedişini AMEA Rəyasət Heyəti Təhsil şöbəsinin Magistratura sektorunun aparıcı mütəxəssisi Ayşən Aslanova və İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri Mirvari Qəzənfərli izləyiblər.
Qeyd edək ki, 2021-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunun magistraturasına, makroiqtisadi siyasət ixtisasına 3 nəfər qəbul olub. Onlardan ikisi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, biri isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır (economics.com.az).