Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşları HESTOUREX Dünya Sağlamlıq Turizmi sərgisində iştirak ediblər

  • Oxunub 353 dəfə

 İyunun 23-də Bakıda 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi sərgisi işə başlayıb. “Baku Crystal Hall”da keçirilən sərginin açılış mərasimində çıxış edən “Aktüel expo”nun İdarə Heyətinin sədri Mehmet Okan Kaya bildirib ki, 2017-2019-cu illərdə Türkiyədə təşkil edilən HESTOUREX sərgisi pandemiya ilə bağlı ikiillik fasilədən sonra bu dəfə Bakıda dünyanın sağlamlıq turizmi təmsilçilərini bir araya gətirib. Azərbaycanın zəngin termal turizm qaynaqlarına sahib olduğunu deyən çıxışçı bunun Türkiyədə və dünyada tanıdılması baxımdan da HESTOUREX sərgisinin əhəmiyyətini diqqətə çatdırıb.

 AMEA İqtisadiyyat İnstitutunun Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi şöbəsinin aparıcı elmi işçiləri – i.f.d. Təbriz Yadigarov və i.f.d, dos. Gülnar Səmədova sərgidə və müzakirələrdə aktiv iştirak ediblər. T.Yadigarov “Sağlamlıq turizminin Azərbaycan Respublikasının ətraf dünya ilə assoosiativ fəaliyyətinə təsirinin qiymətləndirilməsi” mövzusunda çıxış edib, sualları cavablandırıb.

Tədbirdə Türkiyə Özəl Xəstəxanalar və Səhiyyə Təşkilatları Dərnəyinin başqanı Raşat Bahat, Azərbaycan Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımzadə, Türkiyə Xidmət İcracatçıları Birliyinin baş katibi Fatih Özer, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Əbil Ağasıyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və başqaları çıxış ediblər, Azərbaycanla Türkiyə arasında xüsusilə sağlıq turizmi əlaqələrinin daha da genişlənməsində sərginin mühüm rol oynayacağını qeyd ediblər.

 Xatırladaq ki, Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tərəfindən dəstəklənən  4-cü HESTOUREX sərgisində dünyanın 60-dan çox ölkəsi təmsil olunur.  Sərgi iyunun 26-dək qədər davam edəcək.