Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda çıxış edib

  • Oxunub 328 dəfə

 İyunun 23-27-də UNEC-in təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfrans keçirilib. “Baku Marriott Hotel Boulevard”da təşkil olunan konfransın açılışında təhsil nazirinin müavini Firudin Qurbanov, UNEC rektoru professor Ədalət Muradov, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, alim və tədqiqatçılar iştirak ediblər.

 Qeyd olunub ki, 27 ölkədən təqdim olunan 613 tədqiqat işindən 270-i konfransda məruzə olunmaq üçün qəbul edilib. Konfrans çərçivəsində işğaldan azad olunan bölgələrin iqtisadi potensialı ilə bağlı seçilmiş tədqiqat işlərindən ibarət “Qarabağda biznes mühiti və kiçik və orta biznesin inkişafı”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında investisiyaların rolu” və “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının qiymətləndirilməsi” adlı 3 kitab nəşr olunub.

 Konfrans təhsil, elm, innovasiya və sahibkarlıq mövzusunda yerli və xarici mütəxəssislərin panel çıxışları ilə davam edib. AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Samirə Abasova  konfransda “Azərbaycanda yaşıl şəhərlərin yaradılması və tətbiqi üzrə xarici ölkələrin təcrübəsi”  adlı məruzə ilə (ingilis dilində) çıxış edib. Konfrans materillarının Springer nəşriyyatı indeksli jurnallara daxil edilməsi nəzərdə tutulur.