İqtisadiyyat İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib
- Oxunub 494 dəfə
İyulun 6-da AMEA İqtisadiyyat İnstitutunda doktorant və dissertanların növbəti attestasiyası keçirilib. İnstitutun icraçı direktoru, prof. Müşfiq Atakişiyevin sədrliyi ilə aparılan attestasiya prosesində İnstitutun doktorant və dissertantlarının növbəti qrupu iştirak edib.
Təhsil şöbəsinin müdiri Mirvari Qəzənfərli doktorant və dissertantların attestasiyası qaydaları və mövcud vəziyyət barədə məlumat verib. Attestasiyada iştirak edən doktorant və dissertantların hər biri ilə ayrı-ayrılıqda söhbət aparılıb, apardıqları tədqiqatlar, konfranslarda iştirak, elmi məqalələrin çapı, təhkim olunduqları şöbələrlə əlaqələr və s. bağlı tövsiyyələr verilib.
Qeyd edək ki, AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərlinin (İmanov) əmri ilə doktorant və dissertantların attestasiyası ilə bağlı komissiya yaradılıb. Komssiyanın sədri icraçı direktor, prof. Müşfiq Atakişiyev, üzvləri Elmi katib, dos. Leyli Allahverdiyeva, şöbə müdirləri dos. Allahyar Muradov, dos. Mahir Zeynalov, dos. Pərviz Həsənov və Mirvari Qəzənfərlidir (economics.com.az).