Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunu şöbə müdiri İİTKM-də “İşçi qüvvəsi” üzrə Yol Xəritəsinin təqdimatında iştirak edib

  • Oxunub 260 dəfə

 Sentyabrın 14-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun təşkilatçılığı ilə Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin təqdimat mərasimi keçirilmişdir.

 Təqdimat mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və aidiyyəti qurumların Yol Xəritəsinin icrasına bilavasitə cəlb olunan məsul şəxsləri, biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə İqtisadiyyat İnstitutunu “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva təmsil edib. Toplantıda Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlər, Yol Xəritəsi üzrə inkişaf və təkmilləşmə tədbirlərinin həyata keçirilməsində özəl sektorun rolu, Yol Xəritəsi üzrə inkişaf və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu və s. məsələlər müzakirə edilmişdir.