İqtisadiyyat İnstitutu Dövlət Vergi Xidmətinin “Vergi və hesabatlılıq” işçi qrupunda təmsil olunur
- Oxunub 293 dəfə
Sentyabrın 20-dəİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Milli Elmlər Akademiyası, Auditorlar Palatası həmçinin işçi qrupa daxil olan bir sıra ictimai birliklər, biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər. Tədbirdə “Əlverişli Biznes Mühiti” layihəsi ilə əlaqədar biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində yenidən formalaşdırılan “Vergi və hesabatlılıq” işçi qrupunun tərkibi təqdim olunmuşdur.
İşçi qrupunun yeni tərkibinə İqtisadiyyat İnstitutunun “Monetar və fiskal tənzimləmə problemləri şöbəs”inin müdiri, i.e.d. Yaşar Məmmədov da daxil edilmişdir. İclasda Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin “Vergitutma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilmiş və bununla bağlı müzakirələr aparılmışdır.