Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşları Qəhrəmanlar Xiyabanını ziyarət ediblər

  • Oxunub 400 dəfə

 27 Sentyabr - Anım Günü ilə əlaqədar Elm və Təhsil Nazirliyi yanında İqtisadiyyat İnstitutunun kollektivi II Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri düzüblər.

 Respublikamızın ərazi bütövlüyü uğrunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi anılıb. Şəhidlər xiyabanının həm də Qəhrəmanlar xiyabanı kimi ziyarət olunması təklif olunub.

 Şanlı Ordumuzun gücü, qüdrəti ilə torpaqlarımız düşmən işğalından azad olundu, biz böyük Zəfər qazandıq. Gələcək nəsillərə də həmişə örnək olacaq, tariximizə yeni bir qəhrəmanlıq səhifəsi yazan bu Zəfərlə qürur duyuruq.

Xalqımız şəhidlərimizin, qəhrəman övladlarımızın xatirəsini həmişə uca tutacaq, onlar qəlblərdə əbədi yaşayacaqlar.