Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi seminarda “Aqrar sahənin modernləşdirilməsinin istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə təsirinin qiymətləndirilməsi” müzakirə olunub

  • Oxunub 283 dəfə

 Sentyabrın 29-da İqtisadiyyat İnstitutunda 5312.01 – “ Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi seminar keçirilmişdir.

 Seminarda Yeganə Zakir qızı Məmmədlinin  iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Aqrar sahənin modernləşdirilməsinin istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə təsirinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.

İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d. Famil Rüstəmov məlumat verib. Y.Məmmədli dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib.

 Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).