AAK-da İqtisadiyyat İnstitutunun əməkdaşına “Dosent” diplomu təqdim olunub
- Oxunub 419 dəfə
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Təbriz Yadigarova “Dosent” elmi adı verilib.
Sentyabrın 7-də Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə T.Yadigarova müvafiq diplom təqdim olunmuşdur.
Bu münasibətlə İqtisadiyyat İnstitutunun kollektivi adından onu ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!