Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“İqtisadi inteqrasiya prosesində transmilli biznesin tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiya işi müdafiə olunub

  • Oxunub 227 dəfə

 Oktyabrın 12-də İqtisadiyyat İnstitutunun prof. Nazim Müzəffərlinin (İmanov) sədri olduğu Dissertasiya Şurasının iclası keçirilib.

 Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrliyi ilə keçirilən iclasda Allahverdiyeva Müslümat Allahverdi qızının  iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi (5307.01 - “İqtisadi nəzəriyyə” ixtisasında) “İqtisadi inteqrasiya prosesində transmilli biznesin tənzimlənməsi problemləri” adlı dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra M.Allahverdiyeva dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

Sonda M.Allahverdiyevanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).