“Emal sənayesi müəssisələrində strateji dəyişikliklərin idarə olunmasının müasir problemləri” mövzusunda dissertasiya işi müdafiə olunub
- Oxunub 286 dəfə
Oktyabrın 19-da İqtisadiyyat İnstitutunun prof. Nazim Müzəffərlinin (İmanov) sədri olduğu Dissertasiya Şurasının iclası keçirilib.
Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrliyi ilə keçirilən iclasda Ayan Urfan qızı Məmmədovanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi (“Sənayenin təşkili və dövlət siyasəti” ixtisası üzrə) “Emal sənayesi müəssisələrində strateji dəyişikliklərin idarə olunmasının müasir problemləri” adlı dissertasiya işinin müzakirəsi aparılmışdır.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra A.Məmmədova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.
Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).