Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Şöbələrin birgə iclasında “Aqroemal sahəsinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi müzakirə olunub

  • Oxunub 300 dəfə

 Oktyabrın 26-də İqtisadiyyat İnstitutunda “Aqrar sektorun iqtisadi problemləri”,  “İqtisadi siyasətin nəzəri əsasları”  və “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbələrinin  birgə iclasında i.f.d., dos. Yunus Musa oğlu Sadıqovun 5312.01 - “Sahə iqtisadiyyatı” ixtisasında “Aqroemal sahəsinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusunda elmlər doktoru üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

 Professor İsa Alıyevin sədrliyi ilə keçirilən iclasda iddiaçı barədə məlumat verildikdən sonra Y.Sadıqov dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında geniş cıxış etdi.

İşlə bağlı rəyçilərin rəyləri dinlənilib. Y.Sadıqov ona ünvanlanan sualları cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Şöbə əməkdaşlarının iştirakı ilə aparılan  geniş müzakirələrdən sonra dissertasiya işi açıq səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə, Elmi Seminara tövsiyə olundu (economics.com.az).