Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda şöbələrin elmi hesabatlarının dinlənilməsinə başlanıb

  • Oxunub 353 dəfə

 Noyabrın 1-də İqtisadiyyat İnstitutunda elmi şöbələrin 2022-ci il ərzində yerinə yetirdikləri elmi-tədqiqat plan işlərinin yekunlarına dair hesabatların dilənilməsinə başlanılıb.

 Hesabatların dinlənilməsi üçün İnstitutun icraçı direktoru, prof. Müşfiq Atakişiyevin sədrliyi ilə şöbə müdirləri – prof. Tofiq Hüseynov və prof. Tərbiz Əliyev də daxil olmaqla komissiya yaradılıb. Müəyyən edilmiş müvafiq qrafik üzrə noyabrın 15-dək hər gün 2 şöbə hesabat verəcək.

  Günün birinci yarısında “Xidmət sferasının iqtisadiyyatı”, ikinci yarısında isə “İnklüziv sosial inkişaf" şöbələrinin elmi əməkdaşlarının hesabatı dinlənilib. Apardıqları elmi tədqiqat işləri, çap olunmuş məqalələr, kitablar, elmi müzakirələrdə, konfranslarda iştirak və s. barədə əsas təqdimatla “Xidmət sferasının iqtisadiyyatı” şöbəsinin müdiri, i.f.d., dos. Pərviz Həsənov və “İnklüziv sosial inkişaf» şöbəsinin müdiri, i.e.d., dos. Rəsmiyyə Abdullayeva çıxış ediblər.

  Habelə elmi əməkdaşların yerinə yetirdikləri fərdi tədqiqat işləri də geniş müzakirə olunub,  suallar cavablandırılıb. Komissiya üzvləri öz təklif və tövsiyələrini səsləndiriblər (economics.com.az).