İqtisadiyyat İnstitutunda doktorantların attestasiyası keçirilib
- Oxunub 434 dəfə
Dekabrın 8-də İqtisadiyyat İnstitutunda 2021-ci ildə İnstitutun doktorantura və dissertanturasına qəbul olmuş fəlsəfə doktoru hazırlığı üzrə doktorantların və elmlər doktoru proqramı üzrə 1 dissertantın attestasiyası keçirilib. İnstitutun icraçı direktoru, prof. Müşfiq Atakişiyevin sədrliyi ilə aparılan attestasiya prosesində İnstitutun doktorant və dissertantları iştirak ediblər.
Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyeva doktorant və dissertantların attestasiyası qaydaları və mövcud vəziyyət barədə məlumat verib. Attestasiyada iştirak edən doktorantların hər biri ilə ayrı-ayrılıqda söhbət aparılıb, apardıqları tədqiqatlar, konfranslarda iştirak, elmi məqalələrin çapı, təhkim olunduqları şöbələrlə əlaqələr və s. bağlı tövsiyyələr verilib.
Qeyd edək ki, AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərlinin (İmanov) əmri ilə doktorant və dissertantların attestasiyası ilə bağlı komissiya yaradılıb. Komssiyanın sədri icraçı direktor, prof. Müşfiq Atakişiyev, üzvləri - Elmi katib, dos. Leyli Allahverdiyeva, şöbə müdirləri dos. Mahir Zeynalov, dos. Pərviz Həsənov və i.f.d. Ellada Xankişiyevadır (economics.com.az).