Üç ixtisas fənləri üzrə doktorluq imtahanı keçirilib
- Oxunub 283 dəfə
Dekabrın 13-dəİqtisadiyyat İnstitutunda doktorant və dissertantların ixtisas fənləri üzrə doktorluq imtahanları keçirilib.
İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin sədrlik etdiyi imtahan komissiyası (i.e.d., dos. Rəsmiyyə Abdullayeva, i.e.d., dos. Yaşar Məmmədov, i.f.d., dos. Pərviz Həsənov və i.f.d. Sevda Seyidova) tərəfindən şəffaflıq şəraitində, yazılı formada baş tutan imtahanda “Ümumi iqtisadiyyat”, “Müəssisələrin təşkili və idarə edilməsi” və “Ümumi iqtisadi biliklərin əsasları” ixtisasları üzrə 6 nəfər iştirak edib.
İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri Ellada Xankişiyevanın da iştirak etdiyi imtahanların nəticələri komissiyanın qiymətləndirməsi əsasında elan edilib (economics.com.az).