Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İxtisas fənləri üzrə doktorluq imtahanları keçirilir

  • Oxunub 269 dəfə

 Dekabrın 15-də İqtisadiyyat İnstitutunda doktorant və dissertantların ixtisas fənləri üzrə növbəti doktorluq imtahanları keçirilib.

 İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin sədrlik etdiyi imtahan komissiyası (i.e.d., prof. Qəzənfər Süleymanov, i.e.d. Arzu Hüseynova, i.e.d. Əlövsət Əliyev, i.f.d., dos. Allahyar Muradov) tərəfindən yazılı formada keçirilən imtahanda “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə 1 nədər iştirak edib.

 İ.e.d., professor Mübariz Bağırovun sədrlik etdiyi digər imtahan komissiyası (prof. Elnur Sadıqov, i.f.d., dos. Xanoğlan Hüseynov, i.f.d. Orxan Bağırov və i.f.d. İsgəndər Babazadə) tərəfindən yazılı formada baş tutan imtahanda “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə 2 nədər iştirak edib.

İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri Ellada Xankişiyevanın da iştirak etdiyi imtahanların nəticələri komissiyanın qiymətləndirməsi əsasında elan edilir (economics.com.az).