Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda Zəfər Bayramına həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılıblar

  • Oxunub 486 dəfə

 Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda ZƏFƏR BAYRAMINA həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb.

 Müsabiqənin keçirilməsinin əsas məqsədi Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin Vətən Müharibəsində qazandığı şanlı Qələbənin təbliği, habelə elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və elmi əməkdaşların əlavə stimullaşdırılmasıdır. Müsabiqədə İnstitutun elmi əməkdaşları iştirak ediblər.

Baş direktorun əmri ilə İnstitutun icraçı direktoru, professor Müşviq Atakişiyevin sədrliyi ilə müvafiq müsabiqə komissiyası (üzvlər elmi katib, dosent Leyli Allahverdiyeva və aparıcı elmi işçi, dosent Famil Rüstəmov) yaradılıb. Müsabiqəyə təqdim olunmuş məqalələr İnstitutun əməkdaşı olmayan kənar ekspertlər tərəfindən qiymətləndirilib.

 Müsabiqəyə öz elmi araşdırmaları əsasında təqdim olunmuş məqalələri ilə qatılan bütün əməkdaşlara təşəkkürünü bildirən prof. N.Müzəffərli qaliblərə fəxri diplomlar təqdim edib.

 Müsabiqə İnstitutun şöbələri və elmi əməkdaşları arasında keçirilib. Əməkdaşlar arasında aparıcı elmi işçi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov 1-ci, aparıcı elmi işçi, i.f.d., dosent Nəsimi Əhmədov və elmi işçi Minarə Ağayeva 2-ci, aparıcı elmi işçi, i.f.d., dosent Təbriz Yadigarov, aparıcı elmi işçi Tanrıverdi Paşa və böyük elmi işçi Çingiz Baxış 3-cü yerin qalibləri olublar.

 1-ci yerin qalibinə 1000, 2-ci yerə (2 nəfər) 750,  3-cü yerə (3 nəfər) 500 manat pul mükafatı verilib.

 Elmi şöbələr arasında keçirilmiş müsabiqədə İnstitutun “İnklüziv sosial inkişaf» şöbəsi 1-ci yeri tutub.  Diplom şöbənin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevaya təqdim edilib. Qalib şöbəyə 2000 manat pul mükafatı  da veriləcək.

 Elmi Şuranın üzvləri qalibləri təbrik ediblər və onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar!  

Fotoqalereya