Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun magistraturasında qış imtahan sessiyası keçirilir

  • Oxunub 256 dəfə

 Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun magistraturasında 2022-2023-cü  tədris ili üzrə qış imtahan sessiyası keçirilir. Yanvarın 5-də İnstitutun II kurs 3 magistrantı “İqtisadi fikir və iqtisadi siyasət” fənnindən yazılı imtahan veriblər.

 İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərlinin imzaladığı müvafiq əmrə əsasən, I və II kurs magistrantlar seçmə fənlər üzrə müəyyən edilmiş qrafik əsasında yanvarın 31-dək imtahan verəcəklər.

Qeyd edək ki, İqtisadiyyat İnstitutunun magistraturasında I kursda 3, II kursda 3 nəfər təhsil alır (economics.com.az).