Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun şöbə müdiri “Əmək bazarı” işçi qrupunun iclasında iştirak edib

  • Oxunub 303 dəfə

 Fevralın 16-sında Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Əmək bazarı” işçi qrupunun “Zoom” vasitəsilə növbəti iclası keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, AMEA və aidiyyəti qurumların “Əmək bazarı” işçi qrupunda təmsil olunan nümayəndələri iştirak ediblər. Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d. Rəsmiyyə Abdullayevanın da iştirak etdiyi iclasda İşçi qrupunun 2022-ci il üçün fəaliyyət planında nəzərdə tutulmuş tədbirlər üzrə görülmüş işlərin nəticəsinə dair təqdimat olub.

İclasda Qlobal Rəqabətlilik İndeksi, İqtisadi Azadlıq İndeksi, Qlobal İnnovasiya İndeksi, Qlobal İmkanlar İndeksi, Qadın, Biznes və Hüquq İndeksi, Qlobal İstedad Rəqabətliliyi İndeksi, Qlobal Rifah İndeksi üzrə ölkəmizin mövqeyinin yaxşılaşdırlması üzrə təkliflər səsləndirilib.