Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib

  • Oxunub 350 dəfə

 Fevralın 17-də İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.

 Prof. Nazim Müzəffərli  2023-cü ildə İnstitutun əsas fəaliyyət istiqamətləri, hökumət qurumları ilə birgə həyata keçirilən tədbirlər, layihələr, dövlət qurumlarının sifarişi əsasında yerinə yetirilən tədqiqat işləri barədə məlumat verib.

 Baş direktor İnstitutda yeni kadr təyinatı haqqında məlumat verib və onu təqdim edib. Bildirib ki, uzun müddət Rusiyanın paytaxtı Moskvada elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş həmyerlimiz, dosent Azər Səfərov İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yeni rəhbəri təyin olunub. A.Səfərov 1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) ümumi iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. Dissertasiya işini Moskvada keçmiş SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda yerinə yetirib, Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutununda müdafiə etmişdir. İqtisad elmləri namizədi, dosentdir. Şöbə müdiri kimi dos. A.Səfərov Elmi Şuranın tərkibinə daxil edilib.

 İclasda İnstitutun icraçı direktoru, professor Müşfiq Atakişiyev İnstitutun 2023-cü il üzrə əsas fəaliyyət planı, nəzərdə tutulan tədbirlər, yerinə yetiriləcək elmi tədqiqat işləri, keçiriləcək elmi konfranslar, seminarlar haqqında məlumat verib. Təkilf olunan illik fəaliyyət planı geniş müzakirə olunaraq Elmi Şura tərəfindən təsdiqlənib (economics.com.az).