1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
- Oxunub 226 dəfə
Martın 1-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların iştirakı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun icraçı direktoru, i.e.d., professor Müşfiq Atakişiyevin mülki müdafiyənin əhəmiyyəti, ehtimal olunan fövqəladə hadisələr, fövqəladə halların qarşısının alınması sahəsində komissiya üzvlərinin üzərinə düşən vəzifələr, bu istiqamətində biliklərin daim təkmilləşdirilməsinin vacibliyi barədə danışdı.
İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Şövqi Xəlilov Mülki Müdafiə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sisteminin rolu danılmazdır. Ş.Xəlilov baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və mülki müdafiə qüvvələrinin funksional vəzifələrinin icrası barədə danışdı, maarifləndirici xarakterli məlumatlar verdi.
Toplantıda fövqəladə hadisələrin profilaktikasına həsr olunmuş maarifləndirici xarakterli video-rolik nümayiş etdirildi (economics.com.az)