Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzində magistrlərlə görüş keçirilib

  • Oxunub 394 dəfə

 Martın 10-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyt İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzində Azərbaycan Texniki Universitetinin (ATU) bir qrup 2-ci kurs magistrləri ilə görüş keçirilib.

 Mərkəzin rəhbəri, iqtisad elmləri namizədi, dosent Azər Səfərov magistrlərə Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin fəaliyyəti, tədqiqatları, nəzərdə tutulan tədbirlər və gələcək planları barədə geniş məlumat verib.

 ATU-nun magistrləri Mərkəzlə yaxından əməkdaşlıq etmək, gələcəkdə burada elmi işçi kimi işləmək, elmi araşdırmalar aparmaq, Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərinə öz töhfələrini vermək arzusunda olduqlarını bildiriblər. Mərkəzin rəhbəri A.Səfərov də bacarıqlı və bilikli gənc tədqiqatçılara ehtiyac olduğunu və onlarla birlikdə işləməyə hazır olduqlarını vurğulayıb. Görüşdə bu istiqamətdə maraqlı müzakirələr aparılıb və perspektiv əməkdaşlıq imkanları dəyərləndirilib (economics.com.az).