KOBİA-da “Azərbaycanda sosial sahibkarlığın inkişafı” kitabı təqdim olunub
- Oxunub 404 dəfə
Martın 16-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Bakı KOB evi”ndə “Təhsil, elm, tədqiqat və dəstək” layihələrinin maliyyələşdirilməsi üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktroru Rəsmiyyə Abdullayeva və Xidmət sferasının iqtisadiyyatı şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov iştirak ediblər. Tədbirdə R.Abdullayeva KOBİA-nın maliyyə dəstəyi ilə nəşr edilən “Azərbaycanda sosial sahibkarlığın inkişafı” kitabını təqdim edib. Kitab “Azərbaycanda sosial sahibkarlığın inkişafı üzrə təklif və tövsiyələrin hazırlanması” layihəsinin icrası nəticəsində ərsəyə gəlmişdir. Layihənin rəhbəri i.e.d., professor Nazim Müzəffərlidir (İmanov).
Tədbir çərçivəsində həmçinin, ikinci qrant müsabiqəsi çərçivəsində layihələri maliyyələşdirilmiş sahibkarların məhsul və xidmətlərindən ibarət kiçik sərgi təşkil olunub (economics.com.az).