Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib

  • Oxunub 339 dəfə

 Martın 29-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.

 Baş direktorun təklifi ilə, müzakirələr aparıldıqdan sonra, Elmi Şuranın qərarı ilə İqtisadiyyat İnstitutunda “Qərbi Azərbaycan iqtisadiyyatı” adlı müvəqqəti elmi tədqiqat yaradıcılıq qrupu yaradılıb. Qrupa İnstitutun bir qrup əməkdaşı – professor Fuad Qənbərov, aparıcı elmi işçilər Tanrıverdi Paşa, Nəsimi Əhmədov, Çingiz Baxış, Ələsgər Sarıyev, Vilayət Ramazanov və gənc tədqiqatçı Səftər Vəlizadə daxil ediliblər.

 Elmi Şurada “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsinin müdiri, i.e.d., professor Tərbiz Əliyevin “Heydər Əliyev dühasına iqtisadçı baxışı” kitabı müzakirə olunub. Müəllif kitab haqqında geniş təqdimatla çıxış edib, əsərin Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinə, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunduğunu bildirib. Elmi Şuranın qərarı ilə kitab çapa tövsiyə olunub.

 İnstitutun icraçı direktoru, professor Müşfiq Atakişiyev işə götürülmiş yeni elmi əməkdaşlar və bununla əlaqədar elmi-tədqiqat plan işlərinə qismən dəyişikliklər edilməsi barədə məlumat verib.

 İclasda Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyevanın təqdimatı əsasında doktorant, dissertant və magistrlərin fərdi iş planları müzakirə olunaraq təsdiq edilib (economics.com.az).