İqtisadiyyat İnstitutunun futbol komandası oyunlara qələbə ilə başladı
- Oxunub 618 dəfə
Aprelin 18-də AMEA-da Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol, stolüstü tennis və şahmat (qadın və kişilər arasında) yarışlarından ibarət Spartakiadanın açılışı olub.
Açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Akademiyanın tabeliyində olan və əhatə etdiyi elmi müəssisə və təşkilatların baş direktorları, eləcə də futbol, stolüstü tennis, şahmat komandaları və KİV nümayəndələri iştirak ediblər.
İlk oyun günündə İqtisadiyyat İnstitutunun futbol komandası Genetik Ehtiyatlar İnstitutunun kollektivi ilə qarşılaşıb. Komandamız rəqib üzərində 8:2 hesabı ilə inamlı qələbə qazanıb.
Xatırladaq ki, keçən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilən AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararası futbol çempionatında İqtisadiyyat İnstitutunun futbol komandası çempion olub.