İqtisadiyyat İnstitutunun futbol komandası 1/4 finala çıxdı
- Oxunub 1197 dəfə
Aprelin 26-da AMEA-da Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol yarışlarının növbəti oyunları keçirilib.
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun futbol komandası AMEA-nın Şərqşünaslıq İnstitutunun komandasına 7:0 hesabı ilə qalib gəlib. Növbəti oyunun nəticəsindən asılı olmayaraq İqtisadiyyat İnstitutunun futbol komandası 1/4 finala vəsiqə qazanıb.
Xatırladaq ki, ilk oyunda İqtisadiyyat İnstitutunun futbol komandası Genetik Ehtiyatlar İnstitutunun kollektivini 8:2 hesabı ilə məğlub edib.