Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun elmi əməkdaşı şahmat turnirinin qalibi olub

  • Oxunub 312 dəfə

 AMEA-da Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Spartakiadanın oyunları çərçivəsində Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda şahmat turniri keçirilib. 12 kişi və 6 qadının qatıldığı yarışları beynəlxalq dərəcəli hakim Namiq İsmayılov idarə edib.

 Oyunların nəticələrinə əsasən kişilər arasında Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Tanrıverdi Paşa I yeri tutub, Yusif Abdullayev (Fizika İnstitutu) ikinci yer, Emin Qurbanov (Şamaxı Astrofizika Rəsədxanası) III yerə layiq görülüblər.

İqtisadiyyat İnstitutunun kollektivi adından Tanrıverdi Paşanı şahmat turnirinin qalibi olması münasibəti ilə təbrik edirik.