Futbol komandamız yarımfinala çıxdı
- Oxunub 235 dəfə
Mayın 3-də AMEA-da Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol yarışlarının növbəti oyunları keçirilib.
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun futbol komandası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun komandasına 5:4 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib.
Xatırladaq ki, əvvəlki 3 oyunda da İqtisadiyyat İnstitutunun futbol komandası qalib olub.