Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşı ATU-da keçirilən konfransda çıxış edib

  • Oxunub 179 dəfə

 3-4 may 2023-cü il tarixlərində Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı və innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

 ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Emin Məmmədzadə konfransda onlayn formatda iştirak etmiş, “Rəqəmsal iqtisadiyyatın marketinq və menecmenti” adlı bölmədə  “Yüngül sənaye müəssisələrində innovasiyaların idarə edilməsi” adlı mərüzə ilə çıxış etmişdir.