İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının yeni tərkibdə ilk iclası keçirilib
- Oxunub 486 dəfə
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun yeni tərkibdə formalaşdırılmış Dissertasiya Şurasının ilk iclası keçirilib. İclası İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli açaraq Dissertasiya Şurasının üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
İclasda ilkin müzakirəyə, seminara və müdafiəyə təqdim olunan dissertasiya işlərinə qarşı tələblərin artırılması, elmi müzakirələrin təşkili, rəyçilərin və opponentlərin məsuliyyəti, dissertasiya işlərinin keyfiyyəti, Dissertasiya Şurasının fəaliyyəti və s. məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş 01.11.2025-ci ilədək səlahiyyət müddəti ərzində Dissertasiya Şurasında 5312.01 - Sahə iqtisadiyyatı, 5307.01 – İqtisadi nəzəriyyə və 5308.01 – Ümumi iqtisadiyyat ixtisasları üzrə (fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri) müdafiələr keçiriləcək.
Dissertasiya Şurasının sədri professor M.Atakişiyev, sədr müavini prof. Rəna Sultanova və elmi katibi i.f.d. Sevda Seyidovadır. (economics.com.az).