“Əmək bazarı” işçi qrupunun iclası keçirilib
- Oxunub 207 dəfə
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun "Zoom" vasitəsilə növbəti iclası keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun, Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Statistika Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, AMEA-nın, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri iştirak edib.
Tədbirdə İqtisadiyyat İnstitutunu İnklüziv sosial inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva təmsil edib. İclasda Dünya Bankı Qrupunun "Business-Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı sorğu suallarının və "Əmək bazarı" işçi qrupunun 2023-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər üzrə birinci yarımillikdə görülmüş işlərin müzakirəsi aparılıb. Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatının müvafiq indikatoru (“İşçi qüvvəsi”) üzrə cavablandırılmış sorğu vərəqəsinə və qiymətləndirmə nəticələrinə dair təqdimat edilib (economics.com.az).