Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun alimi beynəlxalq konqresin Təşkilat Komitəsində təmsil olunacaq

  • Oxunub 694 dəfə

 Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva Türkiyənin İstanbul Topkapı Universitetinin, Beynəlxalq Biznes Məktəbinin təşkilatçılığı ilə 30 noyabr, 1-2 dekabr 2023-cü il tarixlərində keçiriləcək “II Fənnlərarası Ümumdünya Şəhər Araşdırmaları Konqresi: təbii fəlakətlər, iqlim böhranı, miqrasiya və təhlükəsizlik” mövzusunda Beynəlxalq Konqresin Təşkilat Komitəsində təmsil olunacaq.

Konqresdə təbii fəlakətlər, təhhlükəsizlik, qlobal iqlim böhranı, miqrasiya, urbanlaşma və dayanıqlılıq, gender bərabərliyi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və s. mövzularda müakirələr aparılacaq.