İqtisadiyyat İnstitutunun doktoranturasına ixtisas fənləri üzrə qəbul imtahanları keçirilib
- Oxunub 496 dəfə
Sentyabrın 11-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda müvafiq ixtisas – iqtisadiyyat fənləri üzrə fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktoranturaya qəbul imtahanları keçirilmişdir.
İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) əmri ilə İnstitutun icraçı direktoru, prof. Müşfiq Atakişiyevin sədrliyi ilə imtahan komissiyaları yaradılıb.
İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyeva bildirib ki, şəffaflıq şəraitində baş tutan imtahanda doktoranturaya qəbul üzrə ingilis dili və fəlsəfə imtahanlarından uğurla keçmiş 6 nəfər iştirak edib. Digər ixtisas fənnləri üzrə imtahan sentyabrın 13-də keçiriləcək.
Fəlsəfə doktoru hazırlığı üzrə İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul üzrə 8 plan yeri ayrılıb. İmtahan komissiyası tərəfindən bütün imtahanların nəticələri nəzərə alınmaqla doktoranturaya qəbul olanların adları yaxın günlərdə açıqlanacaq (economics.com.az).